Bütün əngəllərə rəğmən Rusiya ABŞ-ı GERİDƏ QOYDU

2018-ci il Pxençan Qış Olimpiya Oyunlarına müstəqil şəkildə qatılmağa məcbur olan rusiyalı idmançılar yarışların 3-cü günündə də medal əldə edib. Fiqurlu kankisürmə kateqoriyasında komanda 66 xalla gümüş medala sahib olub.

Mixail Kolyada, Yevgeniya Medvedeva və Alina Zaqitovanın tək, Yevgeniya Tarasova - Vladimir Morozov, Natalya Zabiyako - Aleksandr Enbert, Yekaterina Bobrova - Dmitriy Bobrovanın cüt şəkildə çıxış etdiyi komanda ABŞ-ın milli komandasını 4 xalla qabaqlayıb. Rusiyalılar sadəcə Kanada milli komandasından (73 xal) geridə qalıblar.

Qeyd edək ki, 18 yaşlı fiqurlu kanki ustası Yevgeniya Medvedeva dünən ilk dəfə qatıldığı qısa proqramda 81.06 xal toplayaraq rekord qırmışdı. Onun rekordu sayəsində Rusiya komandası 31 xalla Kanadadan sonra ikinci sırada qərarlaşmışdı.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) Rusiya milli komandasını dopinqdən istifadə ittihamları ilə olimpiadadan uzaqlaşdırmış, daha sonra idmançıların müstəqil şəkildə qatılmalarına icazə vermişdi. Bu şərtlə Qış Olimpiya Oyunlarına yalnız 169 rus idmançı qatıla bilib. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR