MMA döyüşçüsü Ronalduya papaq hədiyyə edib

Rusiyalı MMA döyüşçüsü Həbib Nurmaqomedov "Real Madrid"in futbolçusu Kriştianu Ronalduya xəz dərindən hazırlanmış papaq hədiyyə edib, portuqaliyalı hücumçu əvəzində ona top və futbolkasını verib. Görüşün videosunu Nurməhəmmədov öz "Instagram" səhifəsində paylaşıb.

"Bir-birinə hədiyyə verdik. Kimin kimə nə hədiyyə etdiyini özünüz başa düşdünüz", - deyə Nurmaqomedov bildirib. Dağıstanlı idmançı Ronaldunun futbolkasının kolleksiyasında xüsusi dəyərə malik olacağını qeyd edib. Ronaldo və Nurmaqomedov İspaniya Primerasında baş tutan "Real" - "Real Soceidad" (5:2) oyunundan sonra görüşüb.  Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR