Aquero, Sterlinq və Vardi üçün əlamətdar oyun

İngiltərə Premyer Liqasının 27-ci turunda "Leicester City"ni qəbul edən "Manchester City" rəqibini 5:1 hesabıyla darmadağın edib. Oyunda meydan sahiblərinin forvardı Serxio Aquero 4 qol vurub. O, bu mövsüm bütün turnirlər daxil olmaqla 25-ci qola imza atıb.  29 yaşlı hücumçu ardıcıl 5-ci mövsüm bu nəticəyə nail olub. Aquerodan başqa analoji statistikanı Alan Şirer, Tyerri Anri və Harri Dink də təkrarlamışdı. Argentinalı ulduz "Etihad" stadionunda ardıcıl 7 oyunda fərqlənməklə də klubun tarixinə düşüb.

Matçda hesabı açan Rahim Sterlinq Premyer Liqada debütündən bəri (2012-ci il mart) turnirdə 74 qolda pay sahibi olub - 46 qol, 28 assist. İngilis futbolçular arasında yalnız Harri Keyn (114) və Ueyn Runi (109) onu qabaqlayır. 

"Leicester City"nin hücumçusu Ceymi Vardi də özünəməxsus rekorda nail olub. O, bir mövsümdə "Arsenal", "Chelsea", "Liverpool", "Manchester City", "Tottenham" və "Manchester United"in qapısına yol tapan ilk futbolçu olub. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR