Şehiçi qovdu, Qəbələdə sensasiya izlədi

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının ilk turuna sabah start veriləcək. Həftənin "Qarabağ"la "Qəbələ" arasında mərkəzi oyununu İnqilab Məmmədov idarə edəcək. Bu, referinin cari çempionatda 7-ci matçı olacaq. Məmmədov mövsümün ilk yarısındakı 14 turda 6 görüş idarə edib. O, həm I, həm də II dövrədə 3 qarşılaşma fit çalıb.

Məmmədovun idarə etdiyi matçlarda 4 dəfə meydan sahibləri qələbə qazanıbsa, qonaqların qazancı 4 xal olub. Onlar 1 qələbə və 1 heç-heçəyə nail olublar. Top fərqi də evdə oynayanların xeyrinədi - 9:4. Onun idarə etdiyi son 3 matç da meydan sahiblərinin qələbələri sıralaması ilə nəticələnib.

Maraqlıdı ki, Məmmədovun qeydə aldığı yeganə qonaq qələbəsi Qəbələdə yaşanıb. "Qırmızı-qaralar" VII turda autsayder "Kəpəz"ə 0:2 hesablı sensasiyalı məğlubiyyəti məhz bu hakimin gözü önündə alıb.

XIV turun "Qəbələ" - "Keşlə" matçında da fit çalan hakim meydan sahiblərinin 3:0 hesablı qələbəsinə şahidlik edib. "Qarabağ"ın yalnız bir matçına təyinat alan referi XII turun "Sumqayıt"la görüşündəki qələbəni canlı izləyib - 2:0.

Penalti təyin etməyən hakim mövsümdə 3 qırmızı vərəqədən yararlanıb. 2 dəfə meydan sahibi, 1 dəfə qonaqlara qarşı sərt addım atan Məmmədov "Qarabağ"ı "Sumqayıt"la matçda azlıqda qoyub. O, İbrahim Şehiçi meydandan qovub.

Ümumilikdə 38 vərəqə göstərən referi 19 dəfə meydan sahibləri, 19 dəfə qonaqları cəzalandırıb. O, iki oyunda "Qəbələ"ni 5, rəqiblərini 3 dəfə vərəqəyə qonaq edib. "Qarabağ"a yalnız qırmızı verən Məmmədov rəqibinə 5 sarı göstərib. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR