“Neymarın “Qızıl top”u qazanması…”

Fransa yığmasının sabiq hücumçusu Jan-Pyer Papen PSJ-nin futbolçusu Neymar haqda danışıb. O, braziliyalı forvardın "Qızıl top" mükafatını qazanmaq şansını dəyərləndirib. Papenin fikrincə, bu, "Barselona"nın lideri Lionel Messi və "Real"ın aparıcı üzvü Kriştianu Ronaldonun oyunundan asılı olacaq: "Neymarda "Qızıl top"u qazanmaq üçün lazım olan keyfiyyətlər var. Bu, danılmazdı. Amma təkcə öz oyunundan asılı deyil. Messi və Ronaldonun çıxışı həlledici rol oynayacaq. Çempionlar Liqasının kubokunu qazanacaq futbolçunun şansı artacaq. Neymar yaxın gələcəkdə bu futbolçuların davamçısı olacaq. Şəxsən mən onu "Qızıl top"un qalibi kimi görmək istərdim".

Qeyd edək ki, Neymar Fransa çempionatının cari mövsümündə 18 qola imza atıb. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR