“Neftçi”nin sabiq hücumçusu karyerasını bitirdi

"Neftçi"nin sabiq hücumçusu Vladimir Voskoboynikov futbolçu karyerasını bitirib. O, 34 yaşında butslarını mismardan asmaq qərarına gəlib. Voskoboynikov bundan sonra əvvəllər şərəfini qoruduğu "Levadiya"nın akademiyasında idman direktoru kimi çalışacaq. Bu barədə məlumatı klubun saytı yayıb.

Xatırladaq ki, Voskoboynikov 2009/10 mövsümündə "Neftçi"nin şərəfini qoruyub. O, "ağ-qaralar"ın heyətində ümumilikdə 11 oyun keçirib, 1 qol vurub. Estoniyalı sabiq hücumçu karyerası ərzində Bakı təmsilçisindən başqa, "Eupen", "Brussels", "Torpedo" (Moskva), "Ximki", "Dinamo" (Tiflis), "Luç Energiya" kimi komandalarda da top qovub. Onun son çıxış etdiyi klub Estoniya "İnfonet"i olub. 2007-2013-cü illər aralığında Estoniya yığmasının da şərəfini qorumuş Voskoboynikov, millidə keçirdiyi 36 oyunda 4 qol vurub. Komanda.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR