“Zirə”yə bolqarıstanlı məşqçi cəlb olunub

"Zirə" futbol komandasının baş məşqçisi Ayxan Abbasov özünə yeni köməkçi götürüb. Bu barədə  37 yaşlı mütəxəssisin özü məlumat verib. O, bildirib ki, qəsəbə təmsilçisinin əvəzedici heyətdə baş məşqçi Hüseynqulu Quliyevin kömkçisi olan bolqarıstanlı Kamen Vasilyev bundan sonra əsas komanda da çalışacaq: "Köməkçim Zaur Həşimov paralel olaraq, 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv də hazırda toplanışdadır. Bu səbəbdən Kamen Vasilyevi əsas komandaya cəlb etmişik. O, "Zirə"nin əvəzedici heyətinin baş məşqçisi olduğum dövrdə də köməkçim olub".

Qeyd edək ki, Kamen Vasilyev daha əvvəl "Zirə"nin əvəzedici komandasının baş məşqçisi vəzifəsində də çalışıb. Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR