“Beşiktaş” İbrahimoviçlə görüşdü

Cenk Tosunu rekord qiymətə İngilətərəyə satan "Beşiktaş" onun yerinə "Mançester Yunayted" forması geyinən Zlatan İbrahimoviçi gətirməyi düşünür.  Ulduz futbolçunun meneceri Mino Raiola ilə görüşən rəhbərlik klubun gələcək layihələrini və hədəflərini açıqlayıb.

Zlatan İbrahimoviçin bu təklifə necə cavab verəcəyi isə hər kəsin maraq dairəsindədir. "Beşiktaş"ın 30 minə yaxın azarkeşi isə bu müddət ərzində boş dayanmayaraq ulduz futbolçunun instaqram səhifəsinə "Come to Beşiktaş" hucumları ediblər. Bu mövsüm uzunmüddətli zədə alan Z.İbrahimoviç 7 matça çıxıb və 1 qol vurub. "Transfermarkt" isveçli ulduza 7 milyon avro qiymət qoyub. Publika.az İtaliya mediasına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR