"Çelsi"nin oyunçusu qəza keçirdi

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante yanvarın 11-də yüngül qəza keçirib. İngiltərə Liqa Kubokunda "Arsenal"la oyuna tələsən 26 yaşlı havbekin idarə etdiyi mini kuperi yük maşını əzib. Azarkeşlərdən biri Kantenin qərbi Londonda yerləşən Kings Road`da digər sürücü ilə dialoqunu çəkib. Fransalı futbolçu həftəsinə 110 min funt qazansa da, qiyməti 20 min funt olan sadə avtomobil sürməyə üstünlük verir.

"Uşaq olanda maşın və bu kimi şeylər almaq arzum olmayıb. Mini kuperi Lesterdə almışam. Onu hələ də sürürəm" - Kante ötən il verdiyi müsahibələrdən birində demişdi. Qəzadan sonra avtomobili küçədə saxlayan futbolçu azarkeşlərlə selfi çəkdirməyə də vaxt tapıb. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR