“Liverpul” müqavilə bağladığı futbolçunu gətirmək üçün sərvət ödəməlidir

"Liverpul" klubu "RB Leypsiq"in dünya şöhrətli yarımmüdafiəçisi Nabi Keytanı müqavilədə qeyd olunmuş vaxtdan əvvəl heyətinə qata bilər. İngilislər bunun üçün 13 milyon funt-sterlinq ödəməlidir. Almaniyanın "Bild" qəzetinin məlumatına görə, "Liverpul" müqavilədə qeyd edilən 50 milyon funt-sterlinqdən əlavə 13 milyonu da ödəsə, Nabi Keyta 1 iyun tarixindən daha tez Premiyer Liqaya keçid edə bilər.

Qeyd edək ki, "Liverpul" keçən ilin avqust ayında Nabi Keytanı heyətinə qatmaq üçün "RB Leypsiq"lə 50 milyon funt-sterlinq dəyərində müqavilə imzalayıb. Publika.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR