“Neftçi” üçün honduraslı yarımmüdafiəçi

Qış fasiləsində 10 futbolçunu düşərgədən uzaqlaşdıran "Neftçi" transfer bazarında fəallığını artırıb. Klub rəhbərliyi heyəti gücləndirmək istiqamətində konkret addımlar atır. Paytaxt təmsilçisi prezident Orxan Hüseynzadənin imzasıyla daha bir legionerə rəsmi təklif göndərib. Bakılıların birbaşa müqavilə bağlamaq istədiyi futbolçu Alfredo Antonio Mejia Eskobardı. Honduras yığmasının üzvü son mövsümü Yunanıstanda keçirib. 2017-ci ilin əvvəlində "Ksanti" ilə anlaşan 27 yaşlı yarımmüdafiəçi 21 oyunda 2 dəfə fərqlənib.

"Neftçi" Alfero Mejiaya 1,5 illik müqavilə təklif edib. "Ağ-qaralar"ın şərtləri ilə razılaşsa, futbolçu ilk 6 ayda 10 min dollar maaş alacaq. Növbəti mövsümdən isə əməkhaqqısı 12 min dollara qaldırılacaq. Sportinfo.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR