Barqas vidalaşdı: "Getmək vaxtı idi"

"Neftçi"dən ayrılan Uqo Barqas klubun azarkeşləri ilə vidalaşıb. Fransalı hücumçu sosial şəbəkədə paylaşım edib. O, "ağ-qaralar"ın formasındakı şəklini yayaraq, ürək sözlərini yazıb: "Neftçi"də oynadığım üçün çox xoşbəxtəm. Artıq getmək vaxtı idi. Belə şeylər futbolun bir hissəsidi. Komanda yoldaşlarıma ən yaxşı arzularımı çatdırıram. Ümid edirəm ki, onlar qollar vuraraq, hədəfə çatarlar. Həmişə "Neftçi" üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım".

Qeyd edək ki, Uqo Barqas Boliviyanın "Bluminq" klubuna qayıdıb. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR