Döyülən hakim icazə, vuran futbolçu vaxt istədi

"İntizam Komitəsinin qərarı ilə tanış deyildim. İndi öyrəndim". Bu sözləri futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan "Baku Fans" klubunun üzvü Aqşin Ömərov deyib. Dekabrın 27-də ADBTİA ilə keçirilən matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan futbolçu meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevi yumruqla vuraraq, ona ciddi xəsarət yetirib. AFFA İntizam Komitəsi bu gün futzalçını 2 il müddətinə futboldan kənarlaşdırıb. Hadisəyə şərh verməkdən boyun qaçıran Ömərov bir neçə gün gözləməyi məsləhət görüb. Görünür, veteran futbolçu hələ də nəyəsə ümid edir: "Düzü, bu barədə danışmağa qoymurlar. 2-3 günə hər şey bəlli olacaq, ondan sonra zəng vursanız, daha yaxşı olar. Bu məsələnin şişirdilməsini istəmirik. Görək, necə olacaq. Söhbət bağlansın, sonra danışmaq olar".

Ömərovun yumruqla vurduğu FİFA referisi Yusif Nurullayev də danışmaqdan imtina edib. O, buna ixtiyarının olmadığını söyləyib: "Həmin epizoda şərh verə bilmərəm. Açığı özüm də bu məsələ ilə bağlı danışmaq istəmirəm. Futbolçu da səhvini başa düşdü. Üstəlik, danışmağa icazə vermirlər". Apasport.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR