Azərbaycan karateçiləri beynəlxalq turnirdə mübarizə aparacaq

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalar 12-14 yanvar tarixlərində Samobor şəhərində 27-ci Xorvatiya Qran Prisi uğrunda nüfuzlu yarışda iştirak edəcək. "OLAYLAR"-ın xəbərinə görə, 14-15 yaşlı yeniyetmələr və 16-20 yaşlı gənclərin baş məşqçisi Anar Allahverdiyev və köməkçi məşqçi Şahin Xudaverdiyev avropa çempionatı qabağı 29 idmançını sınaqdan keçirəcək. Kata üzrə seçmə komandaların baş məşqçisi Vahid Ayvazov və onun köməkçisi Vüqar Kərimov Xorvatiya Qran Prisində yeniyetmələrdən Həsən Həsənli və Zəhra Qurbanzadəyə, 16-17 yaşlı gənclərdən isə Ceyhun İsmayılova etimad göstərib. Bu heyətdən əlavə kata üzrə məşqçi Anar Əhmədov, beynəlxalq hakim Cahangir Babayev və milli dərəcəli hakim Namiq Pirverdiyev də yarışa yola düşürlər. Bu mötəbər turnir, fevralın ilk günlərində Rusiyanın Soçi şəhərində Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR