"Prosineçkinin böyük gələcəyi var"

Prosineçki əla insandı. Futbolu da yaxşı anlayır. Bu sözləri bosniyalı futbol mütəxəssisi İvitsa Osimdeyib.  Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki Bosniya və Herseqovina yığmasının yeni baş məşqçisi postuna namizədlərdən biri sayılır. Bununla bağlı ölkəsinin mətbuatına açıqlama verən Osim maraqlı fikirlər səsləndirib. Vaxtilə Yuqoslaviya yığmasını çalışdırmış, daha sonra isə "Partizan", "Panatinaikos", "Şturm" kimi klublara, həmçinin Yaponiya millisinə rəhbərlik etmiş 76 yaşlı mütəxəssis Prosineçkini tərifləyib.

O, Bosniya və Herseqovina yığmasının baş məşqçisi postuna başqa namizədlər - oğlu Amar Osim və digər yerli çalışdırıcı Meho Kodro ilə müqayisədə Prosineçkinin milliyə gətirilməsinin tərəfdarıdı: "Robertin rəhbərliyi altında yığma yaxşı oyun göstərə bilər. Onu futbolçu kimi də çox qiymətləndirirdim. Prosineçki fantastik oyunçu idi. Məşqçilikdə də düzgün yoldadı. Yaxşı futbolçu olduğu kimi, yaxşı çalışdırıcı da olmaq istəyir. Onun məşqçilikdəki fəaliyyətini izləyirəm. Prosineçkinin böyük gələcəyi var".

Qeyd edək ki, Prosineçki haqda pozitiv fikirlər səsləndirən İvitsa Osim ölkəsinin futbol ictimaiyyəti arasında böyük hörmətə sahibdi. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR