Prosineçki: "Başqa iş tapsam da, ailəm Bakıda qalacaq"

Robert Prosineçki millimizin baş məşqçisi vəzifəsindən ayrılsa belə, ailəsi Bakıda qalacaq.  Bu barədə xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, uşaqları Bakıda təhsil aldıqları üçün bu qərarı verib: "Azərbaycana geri dönməliyəm. Uşaqlarım dərs ilini başa vurmalıdırlar. Əgər başqa bir iş tapsam, uşaqlarım və həyat yoldaşım Azərbaycanda qalacaq".

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatır. Onun Sloveniya yığmasını çalışdıra biləcəyi iddia edilir. Qol.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR