Türkiyənin olimpiya mükafatçısına silahlı hücum

2016-cı ildə Rioda keçirilən Olimpiya oyunlarında bürünc medal qazanan idmançıya silahla hücum edilib. Güləşçi Cenk İldem yolda baş verən mübahisə zəmnində hücuma məruz qalıb. Cenk İldem 98 kilo çəki dərəcəsi üzrə bürünc medala sahib olmuşdu.

Hadisə gecə saatlarında baş verib. İnsident nəticəsində idmançı ayağından güllə yarası alıb. Cenki yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər. Əməliyyatdan sonra idmançının vəziyyətinin yaxşı olduğu bildirilir. Ölkə.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR