ABŞ-ın kənarda qaldığı mübarizədə Fələstin rekord vurdu

Futbol üzrə Dünya Kubokunun Şimali Amerika seçimləri başa çatıb. Səfərdə "Trinidad Tobaqo" komandasına 2-1 hesabı ilə məğlub olan ABŞ yığması Dünya Kubokuna qatılma şansını əldə edə bilməyib. ABŞ 1986-cı ildən sonra ilk dəfə Dünya Kubokunda yer almayacaq. Seçimlərə qatılan Meksika, Kosta Rika və Panama yığmaları isə kubok oyunlarına birbaşa qatılmaq şansı əldə edib. ABŞ-dan fərqli olaraq, Fələstin yığma komandası Asiya seçmələrinin D qrupunda rekorda imza atıb. Komanda qrupun 4-cü matçında qarşılaşdığı Butan komandasını 10-0 hesabı ilə məğlub edib. Bu nəticə ilə 4/4 edən və qrupdakı liderliyini təminat altına alan komanda səfərdə Maldiv təmsilçisi ilə qarşılaşacaq. Publika.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR