İtaliya yığması Antonio Konteni geri qaytara bilər

İtaliya Futbol Federasiyası (FİGC) İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Antonio Konteni yığmanın sükanı arxasına qaytarmaq istəyir. FİGC milli komandanın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki çıxışından narazıdır. "Skuadra Adzurra" qrupda 2-ci yeri tutaraq, "pley-off"a yüksəlsə də, hazırkı baş məşqçi Canpyero Ventura böyük təzyiq altındadır. Yığma dünya çempionatına çıxmaq üçün gələn ay "pley-off" səddini adlamalıdır. Venturanın federasiya ilə 2020-ci ilədək nəzərdə tutulan müqaviləsinin pozulacağı və "Çelsi"də işləri ötənilki kimi qaydasında olmayan Kontenin geri qaytarılacağı bildirilir.

Qeyd edək ki, Antonio Konte İtaliya yığmasını 2016-cı il Avropa çempionatından sonra tərk edib. Onun hazırda rəhbərlik etdiyi "Çelsi" komandası "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindəndir.  Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR