"Atletiko Madrid" türkiyəli gənc üçün 14 milyon təklif etdi

"Trabzonspor" forması ilə ulduzlaşan Yusuf Yazıcı bir çox Avropa klubunun marağını çəksə də ilk təklif "Atletiko Madrid"dən gəlib. Yanvar ayında transfer cəzası bitəcək Madrid "Atletiko"su gənc oyunçu üçün klubuna transfer təklifi etməyi düşünür. İspaniya klubunun ilk təklifinin 14 milyon olmasına baxmayaraq, Trabzon təmsilçisi Yusufun qış transfer pəncərəsində getməsini istəmir. Bu səbəbdən Madrid klubunun təklif etdiyi məbləği artıracağı deyilir.

Qeyd edək ki, 20 yaşındakı Yusuf "Trabzonspor" forması ilə çıxdığı 38 matçda 8 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Milli.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR