"Messi dünya çempionu olmadan karyerasını başa vursa, ədalətsizlik olar"

FİFA prezidenti Canni İnfantino Lionel Messinin 2018 mundialından kənarda qalmaq ehtimalına münasibət bildirib. İtalyan funksioner bunları deyib: "Messi 2022-ci ildə keçiriləcək dünya çempionatına gedə bilərmi? Bəli mümkündür. Messinin oyununa baxanda kiminsə onu geridə qoyacağını təsəvvür etmirik. O, nadir hallarda zədələnir və xəstələnir. Messi dünya çempionu olmadan karyerasını başa vursa, ədalətsizlik olar. Dünya çempionatının qalibi olmayan bir sıra ulduz futbolçular var. futbol belədir. Messi hazırda əsas fiqurlardan biridir. O, inanılmaz təsir bağışlayır". Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR