Polşanın idman naziri azərbaycanlı məşqçini mükafatlandırdı

20 ildən çoxdur Avropada yaşayan azərbaycanlı məşqçi Emin Hüseynov Polşanın İdman və Turizm naziri Vitold Bank tərəfindən diplomla mükafatlandırılıb. Bu barədə məlumatı diaspor hərəkatının fəalı Elnur Eltürk bildirib.

"Birinci dərəcəli məşqçi diplomu Polşada hər məşqçiyə nəsib olmur. Bunun üçün məşqçinin idmançıları dünya və Avropa yarışlarında nəticə verməlidir. Polşanın Halina Konopnickaya adına Bədən Tərbiyəsi və Turizm Universitetinin rektoru, prof. Eva Strupinska təqdimatı əsasında Emin Hüseynov birinci dərəcəli məşqçi mükafatına layiq görülüb. Təqdimatı nazir Vitold Bank imzalayıb. Polşada bu gün 10 birinci dərəcəli məşqçi var. Onlardan biri də Emin Hüseynovdur.

Qeyd edim ki, Emin Hüseynov Avropada tanınan məşqçidir. Emin Hüseynov bir müddət boks üzrə İngiltərə yığma komandasının köməkçi məşqçisi və Polşa yığma komandasında məşqçi vəzifəsində çalışıb. Bir müddət bundan əvvəl Polşa-Azərbaycan İdman Birliyini yaradıb", - deyə E.Eltürk əlavə edib. Milli.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR