2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının ev sahibi məlum olub

2024 və 2028-ci ildə Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlər müəyyənləşib.Beynəlxalq Olimpiya Komitəsi bu barədə qərarı Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında verib. Qərara əsasən, 2024-cü ildə Olimpiadanı Fransanın paytaxtı Paris qəbul edəcək. Növbəti 4 illiyin ən möhtəşəm yarışı isə ABŞ-da baş tutacaq. Olimpiyaçılar 2028-ci ildə Los-Ancelesdə bir araya gələcəklər.

Qeyd edək ki, 2020-ci ildə Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda olacaq. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR