Rəşad Sadiqov: "Tərlan Əhmədov komandaya tam fərqli ab-hava gətirib"

"Neftçi"nin yeni transferi Rəşad Sadiqov klub kanalına danışıb.  34 yaşlı yarımmüdafiəçi bunları deyib: "Doğma hisslərdir. Üçüncü dəfədir komandaya qayıdıram. 7 il burada oynamışam. Az müddət deyil. Klub üçün canımı qoymuşam. Bu komanda ilə ilk dəfə Avropa Liqasının qrupuna düşmüşəm, o sevinci yaşamışıq. Əlimizdən gələni edəcəyik ki, yenə qruplara düşək, Avroliqa həyəcanını yaşayaq. Həm yerli, həm də xarici futbolçunun borcudur ki, "Neftçi"nin, flaqmanın adını daşıyırsa, komandanı yüksəklərə qaldırsın. Əvvəllər bilmirdim, amma indi ab-hava tam başqadır. Hamı bir-biri ilə qardaş kimidir. Legioner və yerli futbolçuların münasibətlərini də nəzərdə tuturam. Tərlan Əhmədov komandaya tam fərqli, kollektivçilik ab-havası gətirib. Çalışacağıq ki, yaxşı nəticələr göstərək".

Qeyd edək ki, Rəşad Sadiqov 2003 - 2004, 2005 - 2008 və 2012 - 2014-cü illərdə "Neftçi"də çıxış edib. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR