Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşdü

Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşüb.  Təcrübəli müdafiəçi eyni mövsümdə Çempionlar Liqasında həm baş məşqçi, həm də futbolçu kimi iştirak edib. Sadıqov "Qarabağ"ın kapitanı olmaqla yanaşı, həm də Ağdam təmsilçisinin U-19 komandasının baş məşqçisidir.

Ötən il Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan çempionu olan "Qarabağ"ın U-19 komandası da UEFA Gənclər Liqasında mübarizəyə start verib. Sadıqovun rəhbərlik etdiyi komanda qrupda ilk oyununda "Çelsi"yə Londonda 0:5 hesabı ilə uduzub. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR