30 000 bilet satıldı

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı "Roma" ilə matçın bilet satışı davam edir. Artıq bu qarşılaşmaya satılan biletlərin sayı 30 000-ə çatıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP - 50 AZN

Kateqoriya 1 - 20 AZN

Kateqoriya 2 - 10 AZN

Kateqoriya 3 - 5 AZN

Kateqoriya 4 - 2 AZN

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR