Əliyar Ağayev Avropa Liqasına təyinat aldı

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Vitoriya Gimaraynş" (Portuqaliya) - "Zalsburg" (Avstriya) görüşünü Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edəcək. Görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimi əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç sentyabrın 14-də "Afonsu Enrikiş" stadionunda keçiriləcək. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR