Bekhem "Real"a qayıtdı

Devid Bekhem sabiq klubu "Real"a qayıdıb. O, Madrid təmsilçisinin səfiri təyin edilib. Bu barədə "kral klubu"nun prezidenti Florentino Peres məlumat verib: "Dahi futbolçular 2000-ci ildən bizə "Real"ın daha müsbət obraz almasına kömək etdilər. Komandamızda Fiqo, Zidan, Ronaldo və Bekhem kimi futbolçular çıxış etdilər. Onlarla görüşəndə kluba qayıtmaqlarından məmnun olacağımı dedim. Zidan hazırda komandanın baş məşqçisidi. Digərləsi isə bizim nümayəndələrimiz sayılırlar. Bekhem bundan sonra "Real"ın səfiri kimi fəaliyyət göstərəcək".
 
Qeyd edək ki, 2003-2007-ci illərdə "Real"ın formasını geyinmiş Devid Bekhem "kral klubu"nun ABŞ-dakı səfiri olacaq. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR