Avropa Klublar Assosiasiyasında rəhbər dəyişikliyi olacaq

Avropa Klublar Assosiasiyasının (ECA) rəhbərliyində dəyişiklik olacaq. Qurumun sədri Karl-Hayns Rummenige rəhbərlik müddəti bitəndən sonra postunu tərk edəcək.  Həm də Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin sədri olan Rummenige növbəti seçkilərdə namizədliyini verməyəcəyini açıqlayıb. 2008-ci il yanvarın 21-də təsis olunan qurumun ilk sədir kimi tarixə düşən almaniyalı postunda yenilik olmasını istədiyini bildirib.

Qeyd edək ki, 53 ölkədən 220 klubu birləşdirən təşkilatda Azərbaycanı "Neftçi", "Qarabağ" və "Qəbələ" təmsil edir. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR