Yığmamızın rəqibi qələbəni əldən verdi

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan San-Marino yığması yoxlama oyunu keçirib. Sentyabrın 1-də Şimali İrlandiya, 4 gün sonra Azərbaycanla keçiriləcək matçlara hazırlaşan cırtdan ölkə təmsilçisi  "Santarkancelo" klubu ilə görüşüb.  Qarşılaşma qollu heç-heçə ilə nəticələnib. Adolfo Hriş 44-cü dəqiqədə hesabı açsa da, milli üstünlüyünü qoruya bilməyib. Klubun bərabərlik qolunu Andrea Busqlia vurub. O, 90+2-ci dəqiqədə yığmanı qələbədən məhrum edib. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR