İbrahimoviç seçim qarşısında: "Milan" da onu istəyir

Heyətinə xeyli sayda yeni futbolçu qatan "Milan" bununla kifayətlənmək fikrində deyil. "Rossonyerlər"in növbəti hədəfi Zlatan İbrahimoviçdi.  35 yaşlı forvardla danışıqlara start verilib. Hazırda zədəsini sağaltmaqla məşğul olan isveçli futbolçunun hansı qərar verəcəyi maraqla gözlənilir. İbrahimoviçin son komandası "Mançester Yunayted"ə qayıtmaq variantı da var.

Qeyd edək ki, "Milan" da ulduz hücumçu üçün yad komanda deyil. İbrahimoviç 2010-2012-ci illər ərzində "qırmızı-qaralar"ın formasını geyinib. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR