Tarixdə 4-cü nəticə

Azərbaycan millisi FİFA reytinqində 79-cu pillədə qərarlaşıb. Yığmamız bununla da tarixinin 4-cü göstəricisinə imza atıb.  Belə ki, komandamız FİFA reytinqinin 23 illik tarixində yalnız 3 dəfə daha yüksək pillədə qərarlaşıb. Sonuncu belə uğurumuz cəmi iki ay öncə yaşanıb. Bu ayın iyununda Robert Prosineçkinin yetirmələri planetin 76-cısı idi. Ardınca 80-ci pilləyə yuvarlanan komandamız 1 addımlıq irəliləyişə nail olub. Millimizin tarixində ən yüksək nəticə isə 73-cü pillədi. Komandamız 2013-cü il iyul və avqust aylarında 73-cü sırada qərarlaşmışdı. Apasport.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR