Millimizin sabiq üzvü I divizionda

Azərbaycan yığmasının sabiq üzvü Bəxtiyar Soltanov özünə yeni komanda tapıb. 28 yaşl futbolçu 2017/18 mövsümündən etibarən "Binə"nin uğurları üçün çalışacaq. O, yeni mövsümdə Birinci Divizionda debüt edəcək bu klubla rəsmi müqaviləyə imza atıb.

Son olaraq AZAL-da çıxış edən yarımmüdafiəçi daha öncə "Bakı", "Qarabağ" "Kəpəz" və "Qəbələ" klublarında forma geyinib. Soltanov I Divizionda "Qaradağ Lökbatan"da da çıxış edib. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR