"Qarabağ" "Palermo"nun futbolçusu ilə maraqlanır

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirə bilər.  Ağdam klubu İtaliyanın "Palermo" klubunda çıxış edən Karluş Embalu ilə maraqlanır. Bu barədə məlumatı "mediagol"a açıqlamasında futbolçunun agenti Cüzeppe Akkardi verib. Agentin sözlərinə görə, 22 yaşlı futbolçunun xidmətində "Peskara" və "Qarabağ" maraqlıdır: "Embalunun xidmətində bir neçə klub maraqlıdır. Eləcə də "Qarabağ"la "Luqano" da. Amma biz yekun qərarımızı açıqlamamışıq. Yəqin ki, məsələ yaxın günlərdə qapanacaq".

Qeyd edək ki, qvineya bissaulu cinah yarımmüdafiəçisi 2014-cü ildən "Palermo"da çıxış edir. O, "Karpi", "Leççe" və "Breşia" kimi klublarda icarə əsasında oynayıb. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR