"Liverpul" "Barsa"nın növbəti təklifini də rədd etdi

"Barselona" Neymarın boşluğunu doldurmaq üçün axtarışlarını davam etdirir. Kataloniya təmsilçisi "Liverpul"un braziliyalı futbolçusu Filipe Koutinyonun transferində israrlıdır. "Qırmızılar"ın isə ulduz futbolçunu əldən buraxmaq niyyətləri yoxdur.  "Liverpul" "Barselona"nın 100 milyon avroluq təklifinə müsbət cavab verməyib. Bundan əvvəl də, "katalonlar"ın 80 milyonluq təklifi geri çevrilmişdi.

Xatırladaq ki, Koutinyo ötən mövsüm "Liverpul"la 2022-ci ilə kimi müqavilə imzalayıb. "Barselona" Koutinyo ilə yanaşı, "Borussiya"dan Usman Dembele ilə də maraqlanır. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR