Dibala yeni mövsümdən 10 nömrəli forma ilə oynayacaq

"Yuventus"da 10 nömrəli formanın yeni sahibi müəyyənləşib. Yeni mövsümdən 10 nömrəli forma ilə komandanın hücumçusu Paulo Dibala çıxış edəcək. O, ötən mövsüm 21 nömrəli forma geyinirdi.

Qeyd edək ki, son olaraq 10 nömrə ilə ötən il "Mançester Yunayted"ə transfer olunan Pol Poqba oynayıb. Xatırladaq ki, "Yuventus"da vaxtilə Omar Sivori, Alessandro Del Pyero, Roberto Baco və Mişel Platini də 10 nömrəli formanı geyinib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR