Ağır atletlərimiz Avropa çempionatında mübarizə aparacaq

Ağır atletika üzrə qadınlardan ibarət yığma komandamız AAAF Park Astaradakı təlim-məşq bazasında hazırlıqlarını davam etdirir. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, təqvim planına uyğun olaraq həyata keçirilən toplanışa böyük məşqçi Natalya Prişepa və onun köməkçisi Təranə Abbasova rəhbərlik edirlər.

Yığmamızın üzvləri gündə iki dəfə olmaqla intensiv hazırlıq mərhələsindədirlər. Sentyabrın 22-30-u tarixlərində Kosovoda keçiiləcək yeniyetmələr arasında Avropa birinciliyi, 15-22 oktyabr tarixlərində Albaniyada keçiriləcək gənclər arasında Avropa çempionatı, həmçinin digər yerli və beynəlxalq yarışlarda uğurlu çıxış etmək üçün bu təlim-məşq toplanışının əhəmiyyəti böyükdür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR