"Qarabağ"ın mümkün rəqibindən heç-heçə

"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki mümkün rəqibi "Şerif" Moldova liqasında növbəti oyununa çıxıb. Komanda 2-ci turda səfərdə "Daçia" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Daçia" - "Şerif" - 1:1
Qollar: George Anton, 12 (1:0), Josip Brezoveç, 44 (1:1)

Qeyd edək ki, 2-turdan sonra 4 xalla 1-4-cü pillələri bölüşdürür.

Əlavə edək ki, ilk matçda "Samtredia"ya (Gürcüstan) 5:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə çıxacağıq təqdirdə, "Şerif"  - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüşdə Moldova təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib. Qol.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR