Ərəb ölkələrinin DÇ-2022-ni Qətərdə keçirməmək çağırışı xəbəri yalan çıxdı- YENİLƏNİB

Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri yalan çıxıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə İsveçrənin "The Local" nəşrinin təsisçisi Ceyms Sevec bildirib.

"Saytımızda belə bir xəbər yayımlanmayıb. Araşdırmalarımız xəbərin "The Local"-a oxşar saxta saytda yerləşdirildiyini üzə çıxarıb", C.Sevec qeyd edib.

Öz növbəsində, FİFA-dan bildiriblər ki, qurumun ünvanına adıçəkilən məzmunda məktub daxil olmayıb.

***

Altı ərəb ölkəsi FİFA-ya məktub ünvanlayıb.

APA-nın məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.

O bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviyanın ortaq hazırladığı məktubda DÇ-2022-nin Qətərdən alınmasının vacibliyi vurğulanıb.

Müttəfiqlər FİFA-ya Qətərdə keçirilməsi planlaşdırılarn mundialın terror təhlükəsi səbəbindən riskli ola biləcəyini bildiriblər. Bu səbəbdən azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq futbol bayramının bu ölkədə olmamasının doğru olacağını qeyd ediblər.

Qeyd edək ki, Dünya Çempionatının 2022-ci ildə 21 noyabr - 18 dekabr tarixləri arasında keçirilməsi planlaşdırılıb.

Onu da xatırladaq ki, 6 ərəb ölkəsi - BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən və Liviya Qətəri terrora dəstək verməkdə ittiham edərək, onunla bütün diplomatik əlaqələri kəsiblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR