"Barcelona" yetirməsini geri qaytardı

Jerar Delofeu "Barcelona"ya geri dönüb.  23 yaşlı futbolçu iyulun 14-də ktalonların bazasında gələrək tibbi müayinədən keçib və 2019-cu ilə kimi nəzərdə tutulan müqaviləni imzalayıb. "Barcelona" müqavilə ilə "Everton"a məxsus olan yarımmüdafiəçini geri qaytarmaq üçün iyunun 30-a kimi 12 milyon avro ödəməli idi.

Delofeu 2015-ci ildə "Everton"a keçmişdi. Ötən mövsümün ikinci yarısını "Milan"da forma geyinən havbek 17 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR