Vitolo: "Hərəkətimə görə heç kim məni məzəmmət edə bilməz"

İyulun 10-u "Sevilla" ilə müqaviləsini yeniləyən 1 gün sonra isə transfer hüquqlarını satın alıb "Atletico Madrid"ə keçən Vitolo açıqlama verib.   Madrid klubuna qoyulan transfer qadağası səbəbindən mövsümün ilk yarısını "Las Palmas"da keçirəcək 27 yaşlı havbek bunları deyib: "Deyiləcək nəsə yoxdur. "Sevilla" klubuna, demək olar ki, hər şeyimi borcluyam. Mən "Las Palmas"da onlar oynayanda mənə güvəndilər. Titul qazanmaq şərəfinə nail oldum. Düşünürəm ki, hərəkətimə görə heç kim məni məzəmmət edə bilməz. Qarşı tərəfin qəzəbini başa düşürəm, bunu gizlətmək çətindir. Amma bu futboldur. Onlara həmişə minnətdar olacam". Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR