Klublarımızın Avropa Liqasındakı rəqibləri MÜƏYYƏNLƏŞİR

Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimindəki mümkün rəqiblərinin sayı azaldılıb.  "Zirə"-"Astra" (Rumıniya) cütü səpələnmişlər, "İnter"-"Fola Eş" (Lüksemburq) və "Qəbələ"-"Yagelloniya" (Polşa) cütləri əpələnməmişlər səbətində yer alıb.

"Qəbələ" Polşa "Yagelloniya"sını keçsə, PSV (Hollandiya), "Fənərbağça" (Türkiyə), "Krasnodar" (Rusiya), "Şkendiya" (Makedoniya) / HİK (Finlandiya) cütünün qalibi (ilk oyunda "Şkendiya" evdə 3:1 hesablı qələbə qazanıb), "Panatinaikos" (Yunanıstan) ilə qarşılaşacaq.

"İnter" Lüksemburq "Fola "Eş"ini üstələsə, bu komandalardan biri ilə qarşıılaşacaq:

1. "Ostersun" (İsveç) / "Qalatasaray" (Türkiyə) cütünün qalibi (İlk oyun - 2:0)

2. "Milan" (İtaliya)

3. "Bordo" (Fransa)

4. "Makkabi" (Təl-Əviv, İsrail) / "Reykyavik" (İslandiya) cütünün qalibi (İlk oyun - 3:1)

5. "Hayduk" (Split, Xorvatiya) / "Levski" (Sofiya, Bolqarıstan) (İlk oyun - 1:0)

6. "Hoqesund" (Norveç) / "Lex" (Poznan, Polşa) cütünün qalibi (İlk oyun - 3:2)

"Zirə" Rumıniya "Astra"sını üstələsə, bu komandalardan biri ilə qarşılaşacaq:

1. "İrtış" (Pavlodar, Qazaxıstan) / "Srvena Zvezda" (Serbiya) cütünün qalibi (İlk oyun - 1:1)

2. "Aleksandriya" (Ukrayna)

3. "Altax" (Avstriya) - "Dinamo" (Brest, Belarus) (İlk oyun - 1:1)

4. "Aberdin" (Şotlandiya) / "Şiroki Briyeq" (Bosniya və Herseqovina) cütünün qalibi (İlk oyun - 1:1)

4. "Rujomberok" (Slovakiya) / "Brann" (Norveç) cütünün qalibi (İlk oyun - 0:1)

5. "Beytar (Yerusəlim, İsrail) / "Botev" (Plovdiv, Bolqarıstan) (İlk oyun - 1:1)

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR