"Barselona" Bellerini yox, bu oyunçunu seçdi

"Barselona" Nelson Samedonun transferi barəsində klubu "Benfika" ilə razılığa gəldiyi barəsində məlumat yayıb. Müayinədən keçən Samedo 5 illik müqaviləyə imza atacaq. İspaniya mətbuatı "Benfika"ya 30 milyon avro + 5 milyon avro bonus ödənəcəyi barədə məlumat yayıb. "Benfika"nın yetirməsi olan 24 yaşlı oyunçu Portuqaliya klubu ilə 2 mövsümə 63 oyuna çıxıb. Nelzinyo ləqəbli oyunçu rəsmi oyunlarda biri Portuqaliya liqasında, digəri Çempionlar Liqasında olmaqla  2 qol vura bilib.Daha öncə müdafiənin  sağ cinahı üçün Bellerini düşünən katalonlar onu klub heyətində olacaq qədər keyfiyyətli oyunçu saymadıqları üçün bu transferdən üz döndərmişdilər. Milli.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR