"Monaco" polşalı müdafiəçi ilə müqavilə yenilədi

Fransa Liqasının son qalibi "Monaco" çempion heyəti qorumağa çalışır.  "Moneqasklar" müdafiənin aparıcı fiqurlarından olan Kamil Qliklə müqaviləni yeniləyib. Polşa millisinin 29 yaşlı futbolçusu 2021-ci ilin yayına kmii "Monaco" formasını geyinəcək.

"Gözəl mövsümdən sonra sevincimin həddi-hüdudu yoxdur. Meydanda var gücümüzlə mübarizə apardıq. Yeni müqaviləyə görə klub prezidenti və vitse-prezidentinə təşəkkür edirən. Məqsədimiz Fransada titulumuzu qorumaq, Çempionlar Liqasında isə mümkün qədər irəliləmək olacaq" - Qlik deyib.

Polşalı müdafiəçi 2016-cı ilin iyulunda "Torino"dan transfer olunmuşdu. O, "Monaco" forması ilə çıxdığı 53 rəsmi oyunda 8 qol, 3 məhsuldar ötürmənin müəllifi olub. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR