"Vitolo "Sevilla" klubu və azarkeşlərinə hörmətsizlik etdi"

"Sevilla"nın prezidenti Xose Kastro Karmona komandasnın sabiq futbolçusu Vitolonun davranışını tənqid edib. İyulun 10-da 27 yaşlı havbek klubla müqaviləsini 2022-ci ilə kimi uzatsa da, 1 gün sonra "Atletico Madrid"ə transfer olunmuşdu.

Karmona məsələ ilə bağlı bunları deyib: "Müqaviləni imzalamışdıq. Amma yeni müqavilə şərtləri əks olunan sənədi mümkün üsullarla qorumağa çalışacağıq. Bazar ertəsi onun atası müqavilənin bütün bəndlərinə razılıq bildirdi. Sənədləşmə işini başa çatdırdıq. Tək çatmayan iş Vitolonun imzası idi. O bildirdi ki, müqavilə müddətinin uzadılmasını elan edə bilərik. Məhz buna görə rəsmi açıqlama verdik, heç peşman da deyiləm. Bizim klubda yeni səviyyəyə çıxmış bir futbolçuya güvənməyib kimə inanmalıydım? Qəzəb yoxdur, sadəcə məyusam. Vitolo "Sevilla"dan istifadə etdi ki, "Atletico"dan daha çox məvacib alsın. O, sözünü tutmadı və bizi pis vəziyyətdə qoydu. Bu futbolçu "Sevilla" klubu və azarkeşlərə hörmətsizlik etdi". Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR