Ronaldunu Pepe yoldan çıxarır?

"Real Madrid"in futbolçuları Ronaldunu başqa kluba getmək fikrinə Pepenin saldığını güman edirlər. Onda Cero" Pepenin həmyerlisinə PSG-ni seçməyi məsləhət gördüyünü yazır. Mənbənin məlumatına əsasən təcrübəli müdafiəçi vergidən yayınma ilə əlaqədar ittihamda klub rəhbərliyinin Ronaldunu tək qoyduğunu ön plana çəkir.

Pepe bir neçə gün öncə özü də müsahibəsində vurğulamışdı ki, "Real"da onun xidmətlərinə lazımi önəm verilmədi. Belə ki, Portuqaliya millisinin üzvü müqaviləsini 2 il yeniləmək istəsə də, ona cəmi 1 mövsüm qalmaq təklif olunub. Pepenin bəzi komanda yoldaşları ilə münasibətləri elə də yaxşı deyildi.  Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR