"Neftçi” komandasının hazırlıq planı müəyyənləşib

"Neftçi" futbol komandasının yay hazırlıq planı müəyyənləşib. İyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq "ağ-qaralar" iyulun 24-də ölkə xaricinə yollanacaq. Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq. Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Almaniyanın "Şalke" klubuna qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2 - 3-də baş tutacaq. Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR