"Donnarumma hətta ölümlə təhdid olunurdu"

"Milan"ın gənc qapıçısı Canluici Donnarummanın agenti Mino Rayola ötən gün mətbuat konfransı keçirib. İtaliyalı menecer bunları deyib: "Başqa yol yox idi. İstəmədiyimiz qərar qəbul etməli olduq. Pul məsələsi deyil. Bizi təhdid edirdilər. Donnarummanın ailəsinə hədə-qorxu gəlirdilər. Hətta ölüm təhdidləri də vardı. Amma bunlarla futbolçunu saxlamaq qeyri-mümkündür. Donnarumma növbəti mövsüm oynamaya bilər. Onun ustalığını nəzərə alsaq, bu qərar inanılmazdır.

Lakin məsələ buna doğru gedir. Buraxılış qiymətindən söhbət belə getmədi. Dərinə gedə bilmədik. Bunu, adətən danışıqlar 95% başa çatandan sonra müəyyənləşdirirlər. Donnarumma yeni müqavilə imzalamağa hazır idi. Buna şübhəniz olmasın. Buna baxmayaraq yaranmış situasiya danışıqlardan imtina etməyimizə səbəb oldu". Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR