Almaniya millisinin sabiq üzvü karyerasını başa vuracaq

"Bayer Leverkusen"in hücumçusu Ştefan Kisslinq növbəti mövsüm karyerasını başa vurmaq qərarına gəlib.  Almaniya millisinin sabiq üzvü bu qərarını baş məşqçi Hayko Herrlixə də çatdırıb. Herrlix onun ən azı 1 mövsüm oynamasını istəyirdi. "Yeni məşqçimiz ilə danışdım. Konstruktiv söhbət alındı. Onun futboldan məlumatı böyük olmaqla bərabər, həm də özü keçmişdə futbolçu olub. Növbəti mövsüm mənim üçün son olacaq" - 33 yaşlı Kisslinq qeyd edib. O, 2006-cı ildən Leverkuzen klubunun şərəfini qoruyur. Goal.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR