Nigar Arpadarai: “Bu il Bakıya gələcək xaricilərin sayı 2 dəfə çox olacaq”

"Formula 1 üzrə Azərbaycan Qran-Prisinin başlanmasına 1 həftə qalıb. Artıq trek və trek ətrafında hazırlıq işləri yekunlaşmaq üzrədir. Paddok binasında da son tamamlama işləri aparılır. Komandaların avadanlıqları buraya gətirilir". Bunu jurnalistlərə açıqlamasında "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.

O qeyd edib ki, Paddok klubdakı yerlərə biletlər Formula 1 tərəfindən satılır: "Bu yerlərin biletləri koorporativ şirkətlər tərəfindən və ya fərdi şəkildə alına bilər. Buradakı xidmətlər 3 ulduzlu otellərdə göstərilən xidmətlərlə eynidir".

N.Arpadarai bildirib ki, yarışla bağlı bütün tikinti işləri yekunlaşmaq üzrədir: "Tribunalar tikilib qurtarıb. Tikinti işlərinin 95 faizdən çoxu tam yekunlaşıb. Gələn hətfə son tamamlama işləri aparılacaq. Bu il tribunalarla yanaşı, bokslar da tikilib. Koorporativ şirkətlərin nümayəndələri yarışa tribunalardan baxmaq istəməsələr, tribunların yuxarı hissəsindəki bokslardan baxa bilərlər".

BŞH rəsmisi könüllülər və marşalların təlimlərinin də son mərhələdə olduğunu bilıdirib. O, keçən illə müqayisədə bu il Formula 1 yarışı ilə bağlı Bakıya gələcək xaricilərin sayının 2 dəfə çox olacağını vurğulayıb: "Dekabrdan bilet satışına start vermişik. İlk aylarda biletləri xarici vətəndaşlar intensiv şəkildə aldılar. İndi də xaridən bilet alanlar çoxdur. Ancaq hazırki mərhələdə bilet alışında Azərbaycan və Rusiya vətəndaşları daha çoxluq təşkil edirlər. İki tribunaya biletlər tam satılıb, bir neçə tribunaya isə tam satılmaq üzrədir". N.Arpadarai xatırladıb ki, iyunun 19-dan BŞH ərazisində yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq və ayın 27-dək burada Formula 1 həftəsi olacaq. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR